Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan dialektiologiyası şöbəsinin əməkdaşları tərəfindən Qarabağ dialektinin bir şivəsi kimi Xocalı şivəsi araşdırıldı

0

  •        Dövlət başçısı Cənab İlham Əliyevin 9 aprel 2013-cü il tarixli Sərəncamı əsasında təsdiq edilmiş Dövlət Proqramının icrası ilə əlaqədar olaraq Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektiologiyası şöbəsinin əməkdaşları xocalıların kompakt şəkildə məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd, Börü, Meşəli qəsəbələrində, Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə və digər yaşayış yerlərində sakinlərlə görüşlər təşkil edərək Xocalı şivəsini araşdırdılar. Dialektiologiya şöbəsinin müdiri Kifayət İmamquliyevanın rəhbərliyi ilə alimlər heyəti Azərbaycan dilinin qloballaşdırma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və dilçiliyin yeni istiqamətdə öyrənilməsi məqsədilə Qarabağ dialektinin bir şivəsi kimi Xocalı şivəsi haqqında ayrı-ayrı kəndlərin sakinləri arasında aparılan sorğular əsasında məlumatlar topladılar.
            Məlumat üçün bildirək ki, Azərbaycan dialektologiyası şöbəsi Azərbaycan dili dialekt və şivələrinin tarixi aspektdə tədqiqini, tərtib olunmuş proqramlar əsasında Azərbaycan dili dialektlərinin tarixi və coğrafi arenasını müəyyənləşdirən dialektoloji atlasların, gələcək tədqiqatlara stimul verən və Azərbaycan dialektlərini özündə əks etdirən səsli disklərin, müasir tələblərə uyğun olaraq dialektoloji elektron kitabların, müxtəlif dialektoloji lüğətlərin hazırlanmasını, dialektoloji materiallar əsasında etnolinqvistik araşdırmalar aparılmasını və onların monoqrafik nəşri, sahə terminologiyasının işlənməsi İnstitut daxilində, ümumən respublika və respublikadan kənar səviyyədə Azərbaycan dili dialektlərinin elmi, dissertantura səviyyəsində tədqiqini, onların monoqrafik nəşrini, gənc, ixtisaslı elmi kadrların ‒ dialektoloqların hazırlanmasını nəzərdə tutur.


















    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaRəsmi xronika
    Yerləşdirdi
    Yerləşdirildi6 il öncə
    İzlənib48 dəfə
    Azərbaycan dialektiologiyası şöbəsinin əməkdaşları tərəfindən Qarabağ dialektinin bir şivəsi kimi Xocalı şivəsi araşdırıldı

    Maraqlı gələ bilər
    27
    88